Sumqayıtda avtomobil piyadanı vurub

485

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

1996-cı il təvəllüdlü Cəbrayılova Mehriban Aydın qızını avtomobil vurub. 23 yaşlı piyada dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər