Sumqayıtda avtoqəza nəticəsində ölənlərin kimliyi bilinib – FOTO

1156

Sumqayıtda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti məlum olub.

ONA-nın yerli bürosu xəbər verir ki, bunlar Şabran sakinləri – 1987-ci il təvəllüdlü Nuriyev Vidadi Mövlud oğlu, 1960-cı il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Amil Seyidbəy oğlu, 1967-ci il təvəllüdlü Məhbubə Musayeva və 1974-cü il təvəllüdlü Musayev Saleh Xəlil oğludur.

Həmin şəxslər “Mercedes” markalı avtomobildə olub.

***

Saat 20:58

Sumqayıtın Tağıyev qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

ONA-nın Sumqayıt bürosunun məlumatına görə, “Shacman” markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub və o, digər avtomobillərin yoluna çıxıb.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Məlum olub ki, “Mercedes” markalı avtomobildə olanlardan dördü iki ailə imiş və onlar Goranboy rayonundan əsgər görüşündən qayıdaraq Şabrana gedirmişlər.

***

Saat 20:35

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtın Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Belə ki, “Shacman” markalı yük maşını “Mercedes” markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb.

Qəza nəticəsində “Mercedes”də olan 5 nəfərin öldüyü bildirilir.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər