Sumqayıtda itkin düşən uşaq tapıldı - YENİLƏNİB

1157

Sumqayıt şəhərində itkin düşən uşaq tapılıb.
APA -nın yerli bürosunun məlumatına görə, o həyətdə oynadığı zaman yolu azaraq digər binaların ərazisinə keçib.
Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.

***

Sumqayıtda azyaşlı itkin düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu şəhərin 4-cü mikrorayon ərazisində həyətdə oynadığı yerdən yoxa çıxıb.

Yaxınları dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər