Sumqayıtda azyaşlını maşın vurdu

1167
 
Bu gün axşam saatlarında Sumqayıt şəhərində məktəblinin avtomobillə vurulması müşahidə olunub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, saat təxminən 18:10 radələrində 20 Yanvar küçəsində 90 DP 174 dövlət nömrə nişanlı VAZ- 21015 markalı, qara rəngli avtomobil sürətlə hərəkət edən zaman, təqribən 10-12 yaşlı uşağı vurub.
Şahidlər qeyd edir ki, hadisə baş verəndən dərhal sonra sürücü uşağı avtomobilə qoyub Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası istiqamətində hərəkət edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər