Sumqayıtda Beynəlxalq Müəllimlər Günü qeyd edildi – FOTO

2237
Sumqayıt şəhərində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü  münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzüb,əziz xatirəsinə ehtiramlarını bildiriblər. Konfrans zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Abşeron-Xızı Regional təhsil idarəsinin müdiri İlhamə Abdullayeva şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən danışıb. İlhamə Abdullayeva hər il daha da inkişaf edən təhsilimizə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.Qeyd olunub ki, müəllimlər şagirdlərə elm öyrətməklə yanaşı, həm də Vətən sevgisi, qəhrəmanlıq öyrədir.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov təhsil işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  Son illər ölkəmizdə elmin, təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan, dövlət proqramlarından və əldə olunan nailiyyətlərdən söz açıb.
Qeyd olunub ki, dövlətimizin təhsil sahəsində göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır.
Bildirilib ki, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində təhsilimiz gündən-günə inkişaf edir. Məktəblərin maddi texniki bazaları gücləndirilir. Son 3 ildə Sumqayıtda 1, 9 və 20 nömrəli məktəblərin yenidən inşası bunun bariz nümunəsidir.
Çıxış edən təhsil işçiləri Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.
Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Süleymanov Niyaz Mustafa oğlu
    Oktyabr 6, 2022 - 15:41

    Sumqayıt şəhərinin təhsil işçilərini BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ münasibətilə təbrik edirəm.
    Təhsil sahəsində əldə etdikləri müvəffəqiyyətlərə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmiş müəllimlərə uğurlar diləyirəm.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər