Sumqayıtda bu məktəb üçün yeni bina tikiləcək - SƏRƏNCAM

2012

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2019-cu il.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ph.d student
    Noyabr 23, 2019 - 14:29

    Bu 1 saylı məktəb həm də Avropa liseyidir.Amma, bu adı alandan nə tədrisdə, nə təlimdə nə də məktəb olaraq heç bir yerində dəyişiklik, yenilik heçnə baş vermiyib.Köhnə hamam köhnə tas. Burada nədənsə bütün rus sektorları sanki zənbildən düşüb səhər smenidirlər, azərb sektorlar səhərin dadını bir də 9cu sinifdə çıxartsa çıxardacaq. Ümid edirik ku, təzə məktəbdə 5, 6, 7, 8 siniflər də səhər olmaq şərtilə növbələşəcək.Bir də təhsildə işləyən hər bir insan bir balaca mədəniyyətli olmalıdır, bu məktəb bazara yaxındı nədi burda direktordan tutmuş müəllim, qapıçı bazar sifətindədilər. Baxmayaraq ki, şəhərin ən qabaqcıl məktəbində çalışırlar. Məktəb direktorları ən azından fəlsəfə doktorlardan seçilməlidir, elm adamını bu işə sövq etmək lazımdır. Daha ordan burdan təsadüfü adamlarla deyil. Bu məktəbin heç kimin dinləmə qabiliyyəti yoxdu 5_6 müəllimdən basqa. Artıq məktəb böyük allah prezidentimizi və icra başçımızın canın sağ eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər