Sumqayıtda bu zavod 72 milyon manatlıq satış həyata keçirib

1657
Sənaye Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” zavodu 2013-cü ildə fəaliyyətə başlayıb. Bu gün müəssisədə 750 nəfərdən çox işçi çalışır. İqtisadiyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, ümumi investisiya həcmi 102,5 mln. ABŞ dolları olan müəssisədə Türkiyə, Almaniya və Çin texnologiyası əsasında polad və polietilen borular,  iri diametrli qofralı polietilen borular, mexaniki avadanlıqlar və hidrotexniki avadanlıqlar istehsal edilir.
2016-cı ildə müəssisə tərəfindən 113 milyon manat dəyərində məhsul istehsal edilib və ümumi istehsalın 52%-i Türkmənistan, Rusiya, Gürcüstan, Qazaxıstan və digər ölkələrə ixrac olunub. 2017-ci ildə isə zavod tərəfindən 72 milyon manatlıq satış həyata keçirilib ki, bunun da təqribən 24%-i ixracın payına düşür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər