“Sumqayıtda ciddi şəkildə nəzarət həyata keçirilir” – AÇIQLAMA

2797

“Ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də Koronavirusa qarşı aparılan tədbirlər davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Bu fikirləri SİA-ya açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev deyib.

Onun sözlərinə görə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb: “Komissiya tərəfindən ilk gündən etibarən şəhər sakinləri arasında maarifləndirici tədbirlər həyata keçirilməyə başlanıldı. Bu gün də şəhər ərazisində aidiyatı qurumlar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir. Eyni zamanda məhəllələrdə, yaşayış binlarının girişlərində, liftlərdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri tibbi ləvazimatlarla təmizlənir. Bu işlər hər gün qrafik əsasında həyata keçirilir.

Sumqayıt şəhərində əhalinin sağlamlığı ilə yanaşı sosial rifahı da diqqət mərkəzində saxlanılır. Xüsusi karantin müddətində Sumqayıt şəhərində 22 mindən çox aztəminatlı və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan ailəyə ərzaq məhsullarından ibarət yardım sovqatları paylanılıb. Bu istiqamətdə də işlər davam etdirilir”.

Müəllif: Ceyhun Rasimoğlu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər