Sumqayıtda yollar dezinfeksiya edilib - FOTOLAR

3885

Axşam saatlarında Sumqayıtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir.

Şəhərin mərkəzi hissəsindən başlayaraq texnikalar vasitəsilə yollar yuyulub.

Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq olaraq axşam saatlarında 22:00-dan başlayaraq aparılır.

Bundan əlavə, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.

https://apa.az/az/sosial_xeberler/Sumqayitda-da-dezinfeksiya-tdbirlr-davam-etdirilib-colorredFOTOcolor-577810

https://musavat.com/news/sumqayitda-da-dezinfeksiya-tedbirler-davam-etdirilib-foto_688358.html

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər