Sumqayıtda daha bir problem öz həllini tapıb - VİDEOREPORTAJ

886

Sumqayıt şəhərində son illər bütün sahələrdə kompleks işlər görülür.Şəhərdə uzun illərdən qalan,sakinləri narahat edən problemlər köklü surətdə həll edilir.Şəhərinin əsas problemlərindən biri “Acıdərə” kanalı da artıq öz həllini tapıb. Dövlət başçısnın tapşırığına uyğun olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü , Azərsu ASC-nin hazırladığı  layihə  əsasında   hazirda “Aci dərə”  kanali qapali sistemə  keçirilməklə  yeni  məcraya  salınır.

Uzunlugu 29 kilometr  olan kanal ceyranbatan qəsəbəsindən  başlamaqla  “Yaşıldərə”  massivi Saray qəsəbəsinin  bir hissəsindən  və Sumqayıt şəhərinin  bir nece  mikrarayon və məhəllələrindən  keçən “Acı dərə” kanalının şəhərin içərisindən keçən hissəsini ləğv edib qapalı sistemə salınmaq üçün inşa edilən və   uzunluğu  1,8  kilometr ,diametric 2 min millimeter olan beton kanalizasiya sisteminin   1350 kilometri artıq  tam hazırdı. İşlər yaxın aylarda  yekunlaşacaq.Bu xususi önəm daşıyan layihənin qısa müddətdə başa çatması üçün əraziyə lazımı sayda texnika və işçi qüvvəsi cəlb edilib.Qeyd etmək yerinə düşər ki,ötən illərdə,eləcə də cari ildə “Sumqayıt Sukanal” İdarəsi tərəfindən Acı dərə kanalında “Acı dərə” kanalını daşmalardan qorumaq məqsədi ilə mütəmadi olaraq kanalın məişət tullantılarından təmizlənməsi işləri aparılmışdır.Proflaktik işlərin görülməsi üçün ayrılmış texnika və canlı qüvvə vasitəsi ilə təmizlənməsi və bəndlərin bərkidilməsi işləri hissə-hissə davam etdirilir.Hal hazırda kanalın Sülh küçəsindən keçən hissəsində diametri 2 min milli metr plasmas və diametri 1600 milli metr beton borular tam təmizlənib 7 ədə baxş quyusu qoyulub,12 ədəd barmaqlıq quraşdırlıb.Görülən işlərin nəticəsində kanalın səviyyəsi aşağı salınıb və bu işlər mütəmadi olaraq davam etdirilir.

“Acı dərə” kanalına   yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü.  Bu ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 20 mindən çox insanın həyatı üçün təhlükə mənbəyidir. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alır. Kanalın çirkab suyu, həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla, əlavə çətinliklər yaradırdı.

Dövlət vəsati hesabına  görülən  işlər başa çatdıqdan sonra  20 minə yaxın sakinin yaşadığı ərazidə kanalizisiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər