Sumqayıtda daha bir yenilik -Alim Qasımov və qızı Sumqayıtda - FOTOLAR

281
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə diqqət və qayğısı, icra başçısı Zakir Fərəcovun apardığı islahatlar və abadlıq, quruculuq  işləri  daha geniş vüsət almaqdadır. Göstərilən etimadı nəzərə alaraq Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi də şəhərimizə və regiona öz töhfəsini vermək üçün bir sıra layihələrə imza atır.
Belə ki,  Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri (Dirijor Əməkdar Mədəniyyət İşçisi Vaqif Süleymanov) və Xor kollektivi (Dirijor Firəngiz Xəlilova) yaradılıb.
Artıq orkestr və xorun təqdimatı ilə əlaqədar olaraq məşq proseslərinə start verilib. Bu gün Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəvəti ilə “Kimyaçılar” mədəniyyət sarayında məsq prosesinə Azərbaycan Respublikasının Xalq Artisti, dünya şöhrətli sənətkar Alim Qasımov və qızı Fərqanə Qasımova qatılıblar. Gənc ifaçılar Əli Əliyev, Ülviyyə Quliyeva, Səməd Xasıyev və Vüqar Əliyev sevimli sənətkarımızla bir səhnəni böıüşərək Xalq Çalğı Alətləri Orkestri və Xorun müşayiəti ilə  Azərbaycan bəstəkarlarının əsərlərini  ifa ediblər.
Xatırladaq ki, yaxın günlərdə keçiriləcək Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin təqdimat mərasiminə ölkənin tanınmış sənətkarları qatılacaq.
Qeyd edək ki, 2018-ci ildə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin layihələri çərçivəsində şəhərimizdə şəhər, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin (festival, müsabiqə, sərgilər, film nümayişləri, konsertlər və s.) keçirilməsi nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər