Sumqayıtda daha bir yenilik: Muğam Mərkəzinin tikintisinə başlanıldı

1889

Sumqayıt şəhərində Muğam Mərkəzinin tikintisinə başlanıldı.

Şəhər rəhbərinin təşəbbüsü ilə Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin 400 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.

Ərazisi 2800 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək. Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər