Sumqayıtda davamlı infrastruktur və sosial layihələr uğurla həyata keçirilir - VİDEO

2435

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda davamlı  infrastruktur və sosial layihələr uğurla həyata keçirilir.Yollar təmir edilir, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üsubda  üzlənir,giriş qapıları təmir edilir,mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur, Bakı-Quba yolunun ətrafında yaşıllıq salınıb.Bir sözlə şəhər sanki yenidən qurularaq,müasir görkəm alır.Buna ən çox sevinən təbii ki,şəhər sakinləridir.

Sürətlə abadlaşan Sumqayıt bu gün sanki yenidən qurulur. Burada  öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilir.Şəhərdə aparılan abadlıq-quruculuq işlərinə yaşayış binalarının təmirini  xüsusi vurğulamaq lazımdır. Uzun illərdən bəri təmirə ciddi ehtiyacı olan yaşayış binaları artıq müasirliyə uyğunlaşdırılır.Şəhər üzrə mənzil  fonduna  daxil olan binalardan  550-si son 3 ildə dəyişdirilib.Hazırda işlər 9,10,11,12-ci  mikrarayonda davam etdirilir. 1ci və 2-ci məhəllədəki  4 mərtəbəli  klassik binaların fasadı gülbağ daşla üzlənir,işıqlandırma sistemi quraşdırılır, balkonlara dibçəklərdə  dekorativ güllər qoyulub.10 cu və 11-ci mikrarayondakı  hündürmərtəbəli  çoxmənzilli yaşayış  binların fasadları isə təmir edilir.Binaların mövcud giriş qapılarında   təmir işləri aparılıb.Bu il 27  nümunəvi nümunəvi həyətlər salınıb.Yaşayış binalarının həyətlərindəki nümunəvi həyətlərdə  sakinlərin  asudə vaxtlarını səmərəli  keçirtmək üçün kölgəlik və atraksionlar quraşdırılıb,basketboll meydançaları salınıb.Şəhərin park və xiyabanlarında yeni tullantı qabları və oturacaqlar quraşdırılıb.Görülən işlər sakinlərin ürəyincədir.Onlar şəhərləri ilə fəxr edirlər.

Ekoloji mühiti ilə bağlı olaraq  yol infrastrukturunun yenilənməsi və yol ətrafında yeni ağac kol və güllərin əkilməsi də  mütəmadi şəkildə həyata keçirilir. Yenidən qurulan  Koroğlu prospektində  alyandr və leylandr ağacları əkilib,Sülh prospektində isə dekorativ bəzək kolları əkilib. Bakı-Quba yolunun 28-ci kilometrindən başlayaraq  yaşıllıq mövcud olmayan ərazilərdə yolun sağ və sol tərəfində yaşıllıq salınıb.Ərazidə leylandra,majernik,alyandra,tuqa  ağac və gül kolları əkilib.Müasir suvarma sistemi quraşdırılıb. Yaranan bu mənzərə Şimal  istiqamətində hərəkət edən turistlərin zövqünü oxşuyur.

Nəriman Nərimanov,Mehdi Hüseyinzadə   küçələrində   təmir işləri başa çatdırılıb, yol kənarlarına mərmər bardürlər düzülüb.Hal hazırda Üzeyir Hacıbəyov   küçəsində asfaltlnama işlərinə başlanılıb.Magistral yollarla yanaşı  mikrarayon və məhəllələrdə də məhəllədaxili yollara  asfalt örtüyü vurulur,səkilər salınır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər