Sumqayıtda dəhşət - Bir evdən 6 meyit çıxarıldı - ADLAR

11528

sumqayitxeber.com-un əldə etdiyi məlumata görə bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

sumqayitxeber.com dünyasını dəyişənlərin adlarını təqdim edir:

Hüseynov Rafiq Kamal oğlu (1961-ci il)

Hüseynova Yeganə Yolçu qızı (1964)

Onların Bakı şəhərində qeydiyyatda olan qızları 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızı və onun övladları:

Abbasov Fərid Qüdrət oğlu (2009-cu il)

Abbasova Zenfira Qüdrət qızı(2010-cu il)

Abbasova Yeganə Qüdrət qızı (2012-ci il)

 

***

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.

Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Mənzildə 6 nəfərin meyiti aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

***

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.

Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.

 

***

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər