Sumqayıtda dəhşətli qəza - Minik avtomobili "Kamaz"ın altında qaldı - FOTOLAR

2488

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Xeberle.com-un məlumatına görə, hadisə şəhərin “Daş bazarı” adlanan ərazisində qeydə alınıb. Belə ki, qum daşıyan 20 CC 562 dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomobili onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı 90 OC 510 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Şahidlərin sözlərinə görə, hadisə “Mercedes” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirmədiyinə görə baş verib. Sağdan keçməyə çalışan minik avtomobili nəticədə yük maşınının altında qalıb.

Hadisə yerinə Sumqayıt şəhər DYPŞ-nin əməkdaşları cəlb olunub.

Qəza zamanı ölən və ya xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər