Sumqayıtda ətraf qəsəbələrdə də dezinfeksiya işləri aparılır- FOTOLAR

2811

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur.

Dezinfeksiya işləri şəhərin kənar hissələrindəki yaşayış məskənlərində də həyata keçirilir. Bu gün “Sumqayıt stansiyası”, “Yaşıl dərə” yaşayış məskənlərində yollar dezinfeksiya edici məhlullarla yuyulub.

Qeyd edək ki, şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində, yaşayış binalarında və insanların daha çox istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilir. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.

https://azertag.az/xeber/Sumqayitda_dezinfeksiya_isleri_davam_etdirilir-1528887

https://www.unikal.org/news/250310/sumqayitda-dezinfeksiya-isleri-davam-edir-fotolar

http://xeberle.com/cemiyyet/72295-sumqayitda-dezinfeksiya-ishleri-davam-edir-fotolar.html

https://nocomment.az/sumqayitda-dezinfeksiya-isleri-davam-edir-fotolar/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər