Sumqayıtda dezinfeksiya işləri davam etdirilir

2512

Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə Sumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işlərinə başlanılıb.
Havanın temperaturu yüksəldikcə ziyanverici həşəratların və gəmiricilərin sürətlə çoxalması baş verir. Bu çoxalmaya xüsusilə çoxmənzilli binaların zirzəmilərində, parklarda, həmçinin iaşə obyektlərində rast gəlinir. Bu isə şəhər sakinlərinin rahatsızlığına, natəmizliyə, eyni zamanda bir sıra xəstəliklərin yaranması səbəb olur.
Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq hər gün profilaktik tədbirlər həyata keçirilir. Son beş ay ərzində bütün çox mənzilli binalarda həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı beş dəfə dezinfeksiya və derotizasiya tədbirləri həyata keçirilib.
Qarşıdakı aylarda da mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək.

sumqayitxeber.com video reportajı təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər