Sumqayıtda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd ediblər (FOTO)

2180
Əvvəlcə DTX Sumqayıt şəhər idarəsinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki büstü önünə gələrək, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videomateriallar, fotoşəkillər, interaktiv lövhələrə baxış olub

Vurğulanıb ki, 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan təhlükəsizlik orqanları şərəfli inkişaf yolu keçib. Tədbirdə 1956-1965-ci illərdə ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində əvvəlcə əks-kəşfiyyata, 1967-ci ildən isə Komitəyə rəhbərliyi zamanı həmin xidmət orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, milli dövlətçiliyi və maraqları mühafizə edən struktura çevrildiyini, burada çalışan milli kadrların sayının qısa müddətdə əhəmiyyətli dərəcədə artırıldığını xüsusilə qeyd olunub.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il mart ayının 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 99-ci ildönümüdür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər