Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub – FOTOLAR

1661

Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə ümumşəhər bayram tədbiri keçirilib

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimayət nümayəndələri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Qeyd olunub ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabr ayının 16-da Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 31 dekabr uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməli qoyuldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirən Zakir Fərəcov 2019-cu ilin Sumqayıt üçün də uğurlu olduğunu qeyd edib.

Şəhər rəhbəri 2019-cu ildə Sumqayıtda görülən işlər, əldə olunan nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verərək, Sumqayıt sakinlərinə firavan həyat arzulayıb.

Vurğulanıb ki, Azərbaycanın inkişafını simvolizə edən, özünəməxsus müasir şəhər nümunəsinə çevrilən 70 yaşlı Sumqayıt öz tarixinin  çox fərəhli, yaddaşlara əbədi həkk olunan yeni günlərini yaşayır. Prezident İlham Əliyevin Sumqayıta son səfəri zamanı Sumqayıtın 70 illik yubiliyenə tövhələrdən olan  “Nizami” kinoteatrı, Muğam Mərkəzinin yeni binaları istifadəyə verildi. Dövlət başçısı həmçinin bulvarın yeni salınmış hissəsində yaradılmış şəraitlə tanış oldu.

Çıxışlarda qeyd olunub ki, son illər həyata keçirilən geniş miqyaslı, uğurlu layihələr şəhərin simasını tamamilə dəyişib. Bu gün 70 yaşlı Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, gözəlliyi ilə öndə gedən şəhərlərə meydan oxuyan, sürətlə inkişaf edən, gündən – günə abadlaşan bir şəhərdir.

Sonra şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Bayram şənliyində respublikanın tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər