Sumqayıtda əhalinin sağlamlığı diqqət mərkəzindədir - ZAKİR FƏRƏCOV HƏKİMLƏRLƏ GÖRÜŞDÜ ( FOTOLAR)

3356

Sumqayıt şəhərində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Əhalinin xidmətində olan tibb müəssisələri əsaslı təmir olunur, mövcud problemlər aradan qaldırılır. 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mütəmadi olaraq şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarına baş çəkir, xidmətin yüksək səviyyədə təşkili ilə bağlı müəssisə və aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verir.

1987-ci ildə istismara verilən Sumqayıt şəhər 2 saylı doğum evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunaraq əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir. Bu gün şəhər rəhbəri 2 saylı doğum evində olaraq buradakı mövcud şəraitlə tanış olub, xəstəxananın kollektivi ilə görüşüb.

Zakir Fərəcov bildirib ki,  Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət alıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilib. Sumqayıt şəhərində də mövcud xəstəxanalar əsaslı təmir olunur, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunur.

Görüşdə şəhər rəhbəri həkimlərlə şəhərdə səhiyyə və eləcə də abadlıq-quruculuq sahəsində görülən işlər və gələcəkdə qarşıya qoyulmuş hədəflərlə bağlı müzakirələr aparıb. Həkimlər də öz növbələrində yaradılan şəraitə görə ölkə prezidentinə, həmçinin şəhər rəhbərinə dərin təşəkkürlərini bildiriblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər