Sumqayıtda elektron dezinfeksiya aparatının istehsalına başlanıldı

187


Ölkəmizdə elektron dezinfeksiya tunelinin istehsalına başlanılıb. Yeni avadanlıq Sumqayıt Texnologiyalar Parkında hazırlanır

Sumqayıt Texnologiyalar Parkında bir yeniliyə imza atılıb. Belə ki, texnologiyalar parkında elektron dezinfeksiya keçidi istehsal olunur. İnsanlar keçiddən keçdikdə sensorlar işə salınır və buxar püskürdülür. İnsanın üzərinə heç bir toxunma olmadan tam dezinfeksiya edilir.

Dezinfeksiya Tuneli tam avtomat rejimdə çalışır. Dezinfeksiya məhlulu buxar şəklində püskürdüldüyü üçün insanın geyimini yaş etmir. Buxar formasında olmasına baxmayaraq, geyimlərdəki bakteriya və virusları təmizləməyə kifayət edir. İstehsalçı Qadir Əliyev deyir ki, Tunelin insan sağlamlığına heç bir zərərli təsiri yoxdur: “Dezinfeksiyaedici məhluldan istifadə olunur ki, həmin məhlulun təyinatı antibakterial və antivirus xarakterlidir. Qurğu, ümumiyyətlə məhsulun özü 100 faiz yerli istehsaldır. Metal konstruksiyası qurğunun ərsəyə gətirilməsi Elektrik Avadanlıqları Zavodunda icra olunmuşdur”.

Sistemə istəkdən asılı olaraq 50-200 litr arası çənlər quraşdırılır. 200 litrlik məhlul ilə ortalama 6500-7000 insanı dezinfeksiya etmək mümkündür.

Dezinfeksiya tunellərindən yalnız pandemiya dövrü üçün deyil, həmçinin, mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər.

Yeni məhsul məktəblərin, xəstəxanaların, ofis və istehsal sahələrinin, ticarət mərkəzlərinin, avtobus və dəmiryol vağzallarının, metroların girişlərində, insanların kütləvi hərəkət etdiyi digər məkanlarda quraşdırıla bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər