Sumqayıtda əmək yarmarkası keçiriləcək

1078

2009-cu ilin oktyabr ayının 9-da Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti “Əmək yarmarkası”nın keçirilməsi nəzərdə tutulub.

Aktiv məşğulluq tədbirlərindən kütləviliyi ilə xüsusi fərqlənən “Əmək yarmarkası” Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyevin sərəncamına əsasən təşkil olunacaq.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli 2167 nömrəli sərəncamı ilə təsdiq olunmuş Məşğulluq strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı (2007-2010-cu illər) üzrə müddəaların yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Baş Məşğulluq İdarəsinin tapşırıq və tövsiyələrinə uyğun Sumqayıt şəhərində əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətində bir sıra aktiv tədbirlərin görülməsinə nail olunub.

Bu məqsədlə, Sumqayıt məşğulluq mərkəzinin fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görülüb. Mərkəzin xidməti ərazisi yenidən qurulub, iş strukturu təkmilləşdirilib, işaxtaran vətəndaşların qəbulu, onların səmərəli iş axtarması, müstəqil işaxtarma üsulları da daxil olmaqla bütün vasitələrdən istifadəsi üçün münbit şərait yaradılıb. Mərkəzin müasir standartlara cavab verən və işaxtaran vətəndaşların qəbulu üçün nəzərdə tutulan müasir əməliyyat zalında dolğun informasiya guşələri, avtomat köşk, müstəqil iş axtarma, işaxtaranlara aktiv dəstək, sosial müdafiə və peşəyönümü sektorları fəaliyyət göstərirlər. Burada əlavə olaraq, metodiki-seminar kabineti, videoteka, sürətli internet, peşələr və işəgötürən müəssisələrin kartotekası və sair müasir vasitələr iş prosesində effektivliyi artırır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər