Sumqayıtda evdən 3500 manat dəyərində qızıl oğurlanıb

1110

Sumqayıtın Ceyranbatan bağlarında fərdi yaşayış evindən oğurluq olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Ceyranbatan bağları, 1 saylı asvaltzavod ərazisində yerləşən evlərdən birində baş verib.

Evin sahibi Sahibə Zeynalova bildirib ki, hadisə onların evdə olmadığı gün olub: “Mənzilə daxil olan oğrular oradan ümumi dəyəri, təxminən, 3500 manat olan qızıl-zinət əşyalarını oğurlayıblar”.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər