Nizamnamə kapitalı 10 manatdan, 300 min manata çatdırılan şirkət -SUMQAYITDA

1458

Sumqayıt Kimya-Sənaye Parkının (SKSP) rezidenti “STDC” MMC-nin nizamnamə kapitalı təxminən 20 milyon manat da artırılıb.

“Marja” xəbər verir ki, 2019-cu ilin aprelində kapitalı “STDC” MMC-nin nizamnamə kapitalı 280 milyon manata yaxınlaşmışdı. Hazırda isə şirkətin kapitalı 299 milyon 488 min 429 manat təşkil edir.

Şirkət 2016-cı ilin iyun ayında ilkin kapitalı 10 manat olmaqla təsis edilib. 2017-ci ilin mart ayında SKSP-nın rezidenti statusunu alıb. Şirkətin Data mərkəzi SKSP-nın ərazisində 14 hektar yer tutur.

STDC Data Mərkəzi 2017-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Həmin vaxt bildirilmişdi ki, müəssisə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət göstərəcək. Data Mərkəzin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq, bu sahədə innovasiyaların tətbiqinə, eləcə də tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə, ixracyönümlü layihələrin icrasına nail olmaq və bu sahəyə xarici investisiyaları cəlb etməkdir. Data Mərkəz işə düşdükdən sonra Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə blokçeyn texnologiyalarının tətbiqi və inkişafı əhəmiyyətli dərəcədə artacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər