Sumqayıtda “Femidanın gözləri” oxuculara təqdim edilib

347

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt Poeziya Evində məktəbli yazar Gülnaz Nağızadənin yeni nəşr olunmuş “Femidanın gözləri” povestinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı gənc yazarı iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb.
Sonra filoloq Aygün Yaşar təqdimatı keçirilən kitab barədə məruzə edib, kitabın redaktoru, professor Vaqif Yusifli gənc yazarın kitabının bədii məziyyətlərindən danışıb.
Gənc istedada yüksək dəyər verib tədbirə qatılan millət vəkili Qənirə Paşayeva Gülnaz Nağızadəni təbrik edərək onun gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə edib və müəllifə xatirə hədiyyəsi bağışlayıb.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, Sumqayıt şəhər Təhsil Şöbəsi Metodkabinetinin direktoru Gülbahar Haqverdiyeva, Gülnazın təhsil aldığı 12 saylı orta məktəbin direktoru Reyhan Baxşiyeva, müəllimələri Sevda Nəsirova, İradə Quliyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, “Yeni yol” qəzetinin redaktor müavini, Gülnazın ilk kitabı – “Xoşbəxtlik qapını döyür” povestinin redaktoru Rəsul Rzayev, şairlər Zirəddin Qafarlı və Givi Paçxataşvili, cərrah Qeyrət Xəlilov, Respublikanın əməkdar müəllimi, şairə Ofelya Babayeva, məktəbli yazarın sinif yoldaşları çıxış edərək Gülnaz Nağızadəni təbrik ediblər.
Daha sonra söz müəllifə verilib. O da öz növbəsində kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edərək ailədən və dövlətdən aldığı dəstəyin qarşılığında ona olan etimadı doğruldacağını qeyd edib.
Təqdimatın sonunda gənc yazarın valideynləri çıxış edərək qızlarının istedadına dəyər verib tədbirə gələn və kitabların nəşrində rolu olan hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, kitabda qarşılaşdığı haqsızlıqlarla mübarizə aparmaq üçün hüquqşünas olmaq istəyən bir albinos qızın tale yolu qələmə alınıb.
Müəllif Sumqayıt şəhərində yerləşən Nəsirəddin Tusi adına 12 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər