Sumqayıtda fərdi evdə partlayış baş verib

428

Bu gün səhər saatlarında Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivində fərdi yaşayış evlərinin birində partlayış olub.

ONA-nın yerli bürosunun məlumatına görə, evdə qaz balonu partlayıb.

Partlayış nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Samirə Şakir qızı və onun övladı 2012-ci il təvəllüdlü Məmmədova Aliyə Əhməd qızı yanıq xəsarətləri alıblar.

Ananın bədəninin 60 faizi yanıb. Ona hər iki aşağı və yuxarı ətrafın, üzün, boynun 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. A.Məmmədovanın isə bədəninin 25 faizi yanıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Hər iki şəxsin vəziyyəti ağırlaşdığından, onlar Bakıya göndərilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər