Sumqayıtda gənc konstruktorların sərgisi keçiriləcək

940

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Sumqayıt şəhərində gənc konstruktorların yaratdığı müxtəlif layihələrin sərgisini keçirməyi planlaşdırır. Bu barədə APA-ya KHVTİC Respublika Şurasından məlumat verilib. Sərgidə cəmiyyətin üzvü olan gənc konstruktorların hazırladıqları müxtəlif tip aviasiya, dəniz texnikaları, raket, avtomobil və s. texnologiyalarının modelləri nümayiş etdiriləcək. Qeyd edək ki, indiyədək KHVTİC tərəfindən Bakıda və Sumqayıtda analoji sərgilər təşkil olunub. Sərgilərdə nümayiş olunan bəzi texnikaların modelləri hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsalla bağlı öyrənilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər