Sumqayıtda gənclərin iştirakı ilə konfrans keçirilib – FOTOLAR

1608

Aparıcı: “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutlmuş tədbirlər planının icrasına  uyğun olaraq  Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyətinin və Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov bildirdi ki, Azərbaycan gənclərinin bugünkü uğurları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Vurğulandı  ki, müstəqillik əldə edildikdən sonra  ölkədə gənclər siyasətinin təkmilləşdirilməsi sahəsində bir sıra qanunverici aktlar qəbul edilib, hüquqi baza formalaşdırılıb. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı  Sumqayıt  gəncliyinin də   inkişafında mühüm rol oynayır.

Qeyd edilib ki, sumqayıtlı  gənclərin hərtərəfli inkişafı üçün şəhərdə hər cür  şərait  yaradılıb,gənclər evi,idman,şahmat,musiqi məktəbləri,idman kompleksləri tikilib istifadəyə verilib. Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında  vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi işləri  də şəhərdə uğurla aparılır.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov sumqayıtlı gənclərin  əldə etdiyi uğurlardan danışdı.İdmançılar adından çıxış edən 2 qat Paralimpiya və dəfələrlə dünya və avropa  çempionu İlham Zəkiyev  vurğuladı  ki,ölkəmizdə keçirilən Avropa Oyunlarında 3-ü qızıl,1-i gümüş olmaqla 4medal, İslam Həmrəyliyi Oyunlarıında isə 4-ü qızıl,3-ü gümüş,7-si bürünc olmaqla 14 medal sumqayıt idmançılarının payına düşüb.

Çıxışlarda  sumqayıtlı gənclər  daim vətənə və dövlətimizə sadiq qalacaqlarını əminlikə ifadə etdilər.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov,Prezident Administrasiyasının məsul işçisi Natiq Əliyev də  dövlət gənclər siyasətindən, əldə olunan uğurlardan danışdılar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər