Sumqayıtda hər həftə iməcilik təşkil olunur

708

agacekme 1Sumqayıt Şəhər İcra Hakimiyyəti “Ekologiya ili” çərçivəsində şəhərdə ekoloji durumu sağlamlaşdırmaq məqsədi ilə kompleks proqram hazırlamışdır. Proqrama müvafiq olaraq şəhərdə müxtəlif tədbirlər təşkil olunur. İcra hakimiyyətinin təşəbbüsü ilə mart ayından etibarən hər həftə təşkil olunan iməciliklərdə şəhərin müəssisə və təşkilatlarının kollektivləri, habelə ARDNŞ-ın “Azərkimya” İstehsalat Birliyinin əməkdaşları iştirak edirlər.

Hazırda Sumqayıt respublikamızın ən yaşıl şəhərlərindəın biridir. Şəhərdə adambaşına düşən yaşıllıqların sıxlığı 26 kvadratmetr təşkil edir. Şəhərin hakimiyyət orqanları həmin göstəricini iki dəfə artırmaq niyyətindədir. Bu məqsədlə 180 min kvadratmetrdən çox ərazini yaşıllaşdırmaq nəzərdə tutulmuşdur.

Bu barədə müşavirədə məlumat verən Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev bildirmişdir ki, sumqayıtlılar yaxın vaxtlarda 20 mindən yuxarı müxtəlif növ ağac və dekorativ kol əkmək niyyətindədirlər.

Təkcə son iməcilikdə 4740 sərv, eldar şamı, palma, zeytun və dekorativ kol əkilmişdir. “Heydər bağı” və “Tərəqqi” parklarında qazonlar, çiçək ləkləri salınmışdır. Prospekt və küçələrin, habelə şəhər ətrafındakı “Şirvan” yaşayış massivinin, Hacı Zeynalabdin və Corat qəsəbələrinin yaşıl libası təzələnmişdir. İməciliklərdə iştirak edən şagirdlər məktəbyanı ərazilərdəki yaşıllıqlara qulluq edirlər.
Qeyd edək ki, son yeddi ildə Sumqayıtda yaradılmış yeddi yeni park və bağça şəhər sakinlərinin sevimli istirahət guşələrinə çevrilmişdir.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər