Sumqayıtda idarə müdiri müşavirə keçirdi- "Gənc kadrlar cəlb olunmalıdır..."

738

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib

Mehman Şükürov müşavirəni açaraq Mədəniyyət Nazirliyi Regional Siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli və Hüquq və daxili nəzarət şöbəsinin müdiri (Aparat rəhbərinin müavini) Namiq Qulamovun Sumqayıt Regional Mədniyyət İdarəsində keçirilən görüşü haqqında məlumat verib. Qeyd edib ki, baş məsləhətçilər və idarənin aparat işçilərinin qatıldığı görüşdə idarənin fəaliyyəti müzakirə olunub, uğurlarından və problemlərindən danışılıb, irad və təkliflər bildirilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, tapşırıqlar verilib.

Sonra Mehman Şükürov 9 ay ərzində görülən işlər haqqında məlumat verib. Bildirib ki, hesabat dövrü ərzində tabe müəssisələrdə bir sıra tədbirlər keçirilib. Uğurlarla bərabər problemlərin də olduğunu bildirən idarə rəisi əsasən ödənişli xidmərin təşkilində problemlərin olduğunu bildirib. Qeyd edib ki, idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri  artıq ödənişli xidmətlə fəaliyyət göstərməlidir. Xüsusilə musiqi məktəbləri, muzey və rəsm qalereyalarının ödənişli xidmətə keçirilməsinin vacibliyini vurğulayan idarə rəisi klub müəssisələrində də ödənişli kursların sayının artırılması, insanların maraqlarına cavab verən kursların təşkili, eyni zamanda folklor kollektivlərinin yaradılması, sənətkarlıq növlərinin araşdırılaraq haqqında məlumatların hazırlanması və bununla əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı ciddi tapşırıqlarını verib. “Mədəniyyət müəssisələrinə gənc kadrlar cəlb olunmalıdır. Yeni düşüncəyə, yeni fikrə ehtiyacımız var. Yeni təkliflər verilməli, layihələr həyata keçirilməlidir” deyən idarə rəisi ehtiyat kadrların hazırlanmasının vacibliyini vurğulayıb, işinə ciddi yanaşmayan, məsuliyyətsizlik edən, nizam-intizam qaydalarını pozan işçilər haqqında cəza tədbirlərinin görüləcəyini bildirib.

Mehman Şükürov həmçinin musiqi məktəblərində təhsil alan istedadlı uşaqların aşkarlanması və onların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması ilə bağlı fikirlərini bildirib, uşaqların rahat şəraitdə təhsil alması üçün məktəblərdə aparılan təmir işlərinin qənaətbəxş olduqunu vurğulayıb.

İdarə rəisi keçirilən  tədbirlərin  mətbuatda işıqlandırılması, məlumatların vaxtlı-vaxtında mətbuat xidmətinə çatdırılması ilə bağlı tapşırıqlar verib.

Sonda idarə rəisinin müavini İlham Əhmədov çıxış edərək musiqi məktəblərində tarifikasıya işlərinin aparılması, müəssisələrdə aparılan daxili nəzarətin nəticələri ilə bağlı məlumat verib.

Sonra müşavirə iştirakçıları Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər Diyarşünaslıq klubu tərəfindən Müstəqillik gününə həsr olunmuş tədbirə qatılıblar. Tədbirdə klubun rəsm kursunun şagirdlərinin ifasında Pazl Art və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub, gənc solistlərin ifasında Azərbaycana həsr olunmuş mahnılar dinlənilib, “Saz” qrupunun çıxışı, “Odlar yurdu” rəqs qrupunun ifasında rəqs nömrəsi izlənilib. Sonda istedadlı uşaqlar Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar.

Tədbirin sonunda idarə rəisi Mehman Şükürov çıxış edərək tədbir iştirakçılarını müstəqillik günü münasibətilə təbrik edib, təşkilatçılara bayram tədbirinə görə təşəkkürünü bildirib, uğurlar diləyib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər