Sumqayıtda idarə rəisi müşavirə keçirdi, tapşırıqlar verdi -FOTO

806
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Sumqayıtda yerləşən idarəyə tabeli müəssisə rəhbərlərinin iştirakıyla müşavirə keçirib.
sumqayitxeber.com xəbər verir ki, müşavirədə idarə rəisi bildirib ki, Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qəhrəman ordumuzun rəşadəti ilə şəhidlərimizin canı-qanı bahasına Ermənistanın 30 il ərzində işğalı altında olan torpaqlarımız azad edilərək tarixi qələbəyə imza atıldı. Bu gün qəhrəmanlarımızın ailə üzvləri ölkə prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır. Həmçinin Sumqayıt şəhərində də şəhid ailələrinin, eyni zamanda qazilərin diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edən idarənin rəisi əlavə edib ki, onların mədəniyyət sahəsində də işlə təminatı istiqamətində mühüm addımlar atılır.
Eyni zamanda mədəniyyət müəssisələrində şəhidlərə həsr olunmuş xatirə gecələrinin, vətənpərvərlik mövzusunda çoxsaylı tədbirlərin keçirildiyini vurğulayan R.Əliyev şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət göstərilməsinin zəruri olduğunu qeyd edərək, bu istiqamətdə müvafiq tapşırıqlarını verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər