Sumqayıtda IELTS təqaüd proqramı başlayır

2009

2015-ci ilin may ayından etibarən Sumqayıt şəhərinin rəsmi IELTS ünvanı olan Reduco Tədris Mərkəzi Sumqayıt filialında IELTS imtahanına hazırlaşan tələbələr üçün təqaüd proqramına start verir. 

Təqaüd proqramı həm hazırlıq, həm dərs vəsaitləri, həm də rəsmi imtahan xərcləri daxil olmaqla 6 nəfər üçün planlaşdırılmışdır. Dərslər iyun ayından etibarən start götürəcək və oktyabra qədər davam edəcəkdir. Seçilmiş tələbələr 4 ay müddətində davam edən bütün dərslərdə qeyri- şərtsiz iştirak etməlidirlər.

Hər bir tələbənin ümumilikdə dərsə davamiyyətsizliyi limitlidir. Tələbələrin əsas imtahanda daha yaxşı nəticə əldə etməsi üçün hər ay rəsmi standartlara cavab verən sınaq imtahanı keçiriləcəkdir. Dərslərə ciddi yanaşmaq hər bir təqaüd iştirakçısının imtahanda daha yüksək nəticə qazanmağına şərait yaradacaqdır.

Nəzərinizə çatdıraq ki, Reduco Tədris Mərkəzində IELTS hazırlıqları 2014-cü ildən etibarən 10 illik təcrübəyə sahib instruktorlar tərəfindən aparılır.

Təqaüd proqramına seçimlər 2 mərhələdən ibarət olacaq:

  1. Tam rəsmi standartlarda IELTS sınaq imtahanı keçiriləcək və ən yüksək bal toplayan 12 nəfər fərdi müsahibəyə dəvət olunacaq.
  2. Fərdi müsahibə nəticəsində 6 nəfər seçiləcək və həmin şəxslərə təqaüd verilərək dərslərə başlanılacaq. Fərdi müsahibə seçimləri zamanı şəxslərin imtahanda göstərdikləri nəticələr və özlərini inkişaf etdirmə bacarıqları nəzərə alınacaqdır.

    Proqram barədə daha ətraflı bu linkdən istifadə edərək məlumat əldə edə bilərsiniz:

    http://scholarship.reduco.az/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər