Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var

1431

Sumqayıtda iki avtomobil toqquşub.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba magistralının Sumqayıt şəhərindən keçən hissəsində baş verib.

Qəza zamanı hər iki avtomobilin sürücüsü – 1952-ci il təvəllüdlü Bayramov Sahatmirzə Soltan oğlu və 1989-cu il təvəllüdlü Nəsrullayev Fərdi Eynulla oğlu ağır xəsarət alıblar. Yaralılar Sumqayıt şəhər TTYX-a çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər