Sumqayıtda iki qardaş spirtdən zəhərlənərək öldü

2360
Sumqayıtda iki qardaşın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə Sumqayıtda xəstəxanalardan birinin həyətində qeydə alınıb. Belə ki, 8-ci mikrorayon sakinləri olan Simirnov İqor Mixayloviç  və 1982-ci il təvəllüdlü Simirnov Nikolay Mixayloviç xəstəxananın həyətində aldıqları metil spirtini içiblər.
Spirt qəbul etdikdən  sonra vəziyyətləri pisləşən qardaşları xəstəxanaya çatdırsalar da onların həyatını xilas etmək mümkün olmayıb.
Onların meyitləri aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər