Sumqayıtda ilk dəfə səs verəcək tələbə-gənclərlə görüş keçirilib

1491

Sumqayıtda “Hamı Seçkilərə Gücümüz Birlikdədir” devizi ilə maarifləndirici görüş keçirildi.

11 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində gənclərin maarifləndirilməsi, fəallığının və seçki prosesinə marağın artırılması məqsədi ilə04 aprel tarixində Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində

“Hamı Seçkilərə Gücümüz Birlikdədir” devizi ilə ilk dəfə səs verəcək tələbə-gənclərlə görüş keçirilmişdir. Kollecin direktoru Rəfael Eyvazov iştirakçıları salamlayaraq tədbiri açıq elan etmişdir.
Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov görüşdə çıxış edərək bildirdi ki, 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan sayca VIII rəsmi ümummilli seçkisidir. Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir. Bütöv Azərbaycanın fonunda Sumqayıt gəncləri də dövlətimizin diqqət və qayğısı ilə tam əhatə olunmuşdur. Vurğulandı ki, Sumqayıt gəncləri əvvəlki seçkilərdə olduğu kimi, prezident seçkisində də öz fəallıqları ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.

Daha sonra “Gənc İstedadlara Dəstək” Fondunun təsisçisi Musa Həsənov, Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranov, Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Sərbəst güləş üzrə gənclər arasında Milli yığma komandanın baş məşqçisi, Hərbiçilərin Olimpiya çempionu, Avropa birinciliyinin qalibi Rövşən Hacıyev, Sumqayıt Apelyasiya Məhkəməsinin məsləhətçisi Hüquqşünas İlkin Behbudov çıxış edərək gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm yer tutduğunu, seçkilərdə gənclərin fəal iştirakının vacibliyini vurğulayaraq bildirdilər ki, 11 aprel tarixində keçiriləcək prezident seçkilərində bütün vətəndaşlar kimi gənclər də fəal iştirak etməlidir.

Tədbirdə ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar ətraflıcavablandırılmış və onlara maarifləndirici xarakterli bukletlər paylanılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər