Sumqayıtda inşa olunan bu müəssisə iyunda işə düşəcək -180 min ton məhsul istehsal olunacaq

2087

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR Polymer”in polipropilen istehsalı qurğusu bu ilin II rübündə, iyun ayında istehsala başlayacaq.

Bunu “SOCAR Polymer” MMC-nin planlama şöbəsinin müdiri Vüqar Aslanov bildirib.

Onun sözlərinə görə, sınaq-sazlama işlərinə aprel ayında başlanacaq: “Hazırda polipropilen qurğusu üzrə ümumi işlərin 97,2%-i icra olunub. Detallı mühəndislik işləri 99,9%, satınalma işləri 100%, istehsalat və çatdırılma 99,6%, tikinti işləri 93,4% tamamlanıb”.

V.Aslanov qeyd edib ki, oktyabr ayından noyabrın 15-dək zavodda planlı dayanma olacaq: “Buna səbəb müəssisəni xammala təmin edəcək “Azərikimya”nın Etilen-Propilen Zavodunda planlı dayanma işlərinin həyata keçirilməsidir”.

“SOCAR Polymer” rəsmisinin sözlərinə görə, bu il Polipropilen Zavodunda 70-71 min ton polipripilen istehsalı nəzərdə tutulur. O həmçinin əlavə edib ki, gələn il isə zavod tam istehsal gücündə çalışacaq və 180 min ton məhsul istehsal olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər