SUMQAYITDA İNSAN ALVERI ƏLEYHINƏ YÜRÜŞ KEÇIRILIB

839

1May ayının 2-də İnsan Alveri Əleyhinə Sumqayıt Regional Mərkəzi yürüş təşkil etmişdir. Bu barədə sumqayitxeber.com saytına İnsan Alveri Əleyhinə Sumqayıt Regional Resur Mərkəzinin Rəhbəri Ruslan Mustafayev məlumat vermişdir.

Yürüş ölkəmizdə keçirilən İnsan Alverinə qarşı mübarizə həftəliyi çərçivəsində təşkil olunmuşdur. Yürüşün əsas məqsədi əhalini insan alveri ilə bağlı məlumatlandırmaq, və Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən İnsan Alverinə qarşı qaynar xətt olan “152” telefon xidməti haqqında geniş maarfiləndirmə kompaniyasını təşkil etmək və Sumqayıt gənclərinin bu kompaniyalarda yaxından iştrakı təmin etməklə onların aktivliyini qaldırmaqdan ibarət idi. May ayının 2-də havanın soyuq və yağmurlu olmasına baxmayaraq yürüşdə çoxlu sayda Sumqayıt gəncləri, yerli QHT və KİV nümayyəndələri iştrak etmişdilər. Yürüşün təşkilinə bir çox təşkilatlar, Sumqayıtda fəaliyyət göstərən “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İçtimai Birliyi, İnsan Alveri Əleyhinə QHT Şəbəkə, bir çox digər təşkilatlar öz dəstəyini vermişdir. Həftəlik çərçivəsində Sumqayıtda bir sıra digər tədbirlərin təşkili də nəzərdə tutulmuşdur. Anoloji tədbirlər həftəlik çərçivəsində Azərbaycanın bir neçə regionunda da təşkil olunacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər