Sumqayıtda istehsal olunmuş 4400 tonadək polipropilen Türkiyəyə göndərilib

441

“SOCAR Polymer” zavodunda istehsal olunmuş 4400 tonadək Azərbaycan polipropileni Türkiyəyə göndərilib.

Bu barədə SOCAR məlumat yayıb.

“Azərbaycan polipropileni ilk olaraq qardaş ölkə Türkiyənin bazarındadır. “SOCAR Polymer” zavodunda istehsal olunmuş 4 min 400 tona yaxın ilk Azərbaycan polipropileni Türkiyəyə yola salınıb. İlin sonuna qədər daha 6 min ton polipropilen ixrac olunacaq”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, iyulun 18-də Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. “SOCAR Polymer”in polipropilen zavodunda bazar araşdırmasına əsasən 3 növdə – homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunur.

“SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib.

Zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq. “SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər