Sumqayıtda istehsal sexində yanğın baş verib

973
Ötən gecə Sumqayıtda yanğın hadisəsi baş verib.
sumqayitxeber.com -nu məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində “Fuad” Kimya MMC Yuyucu vasitələrin istehsalı sexində qeydə alınıb. Yanğın saat 22:45 radələrində başlayıb və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə qarnizonunun 2 ədəd yanğın avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ümumi sahəsi 2000 kv.metr olan istehsal sahəsinin 50 kv.metr ərazisində quru xlor və digər kimyəvi maddələr yanıb.
Qeyd edək ki, yanğın saat 23:50 radələrində tam söndürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər