Sumqayıtda istifadə müddəti keçmiş 600 ton qida məhsulu aşkarlanaraq məhv edilib

270

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak hüquqlarının pozulması ilə bağlı növbəti faktları aşkara çıxarıb. Bu gün keçirilmiş monitorinqlər zamanı Sumqayıt şəhərində istifadə müddəti keçmiş 600 ton qida məhsulu (qənnadı və kolbasa məmulatları, heyvan və bitki yağı, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz və s.) aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Xatırladaq ki, bu günlərdə Olaylar Informasiya Agentliyinin əməkdaşı  Sumqayıt şəhərində  geniş araşdırma aparmışdı və istifadə müddəti keçmiş məhsulların satıldığı faktları ilə rastlaşmışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Xanlar
    İyun 25, 2009 - 19:45

    Butun marketleri arasdirsalar ela olardi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər