Sumqayıtda IVECO avtomobillərinin istehsalına başlanılır

970

qtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında daha bir yeni rezident – “Az-Tex-Import” MMC qeydiyyata alınıb.

Trend-in məlumatına görə, “Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 3 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək.

İnvestisiya dəyəri 19,2 mln manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.

Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər