Sumqayıtda kafedə qətl törədən şəxslərin istintaqı başa çatıb

656

Sumqayıtda 41 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Qədir Səfərov, Turan Dadaşlı, Turan Hüseynov və Elşad Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhəri, 11-ci mikrorayonunda yerləşən kafelərin birində baş verib. 1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu münaqişə zəminində bədəninin müxtəlif nahiyələrindən 18 bıçaq zərbəsi alaraq hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qədir Səfərov, Turan Dadaşlı, Turan Hüseynov və Elşad Dadaşov saxlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər