Sumqayıtda karton kombinatında yanğın baş verib

983
Sumqayıt  şəhərində axşam saatlarında yanğın hadisəsi baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, yanğın Bakı-Quba yolunun 45-ci kilometrliyində Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Kağız və Karton İstehsalat Kombinatında qeydə alınıb.
Ümumi  sahəsi  5000 kvadratmetr  olan kombinatın 500 kvadratmetr ərazidə yerləşən  istehsal  sahələrindən  birində 200  kvadratmetr ərazidə karton məmulatları yanıb.
Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı  alınıb.
Xəsarət  alan olmayıb.
Faktla bağlı  araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər