Sumqayıtda Kikboksinq üzrə Sumqayıt şəhər açıq birinciliyi keçirilib - FOTOLAR

637

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Kikboksinq üzrə Sumqayıt şəhər açıq birinciliyi keçirilib.

Açılış mərasimində çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində idmanın inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycanın bütün bölgələrində ən müasir tələblərə cavab verən idman qurğuları, Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib.

Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev çıxışında qeyd edib ki, hər zaman idmana, idmançılara diqqət və qayğı ilə yanaşan, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş yarışların artıq bir ənənəyə çevirilib.

A.Əliyev vurğulayıb ki, Ulu Öndərin həyata keçirdiyi idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ölkəmiz dünyada bu gün idman ölkəsi kimi tanınır, ən mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bütün bunlar ölkə rəhbərinin diqqət və qayğısının bəhrəsidir. İnanıram ki, uğurlarımız, nailiyyətlərimiz bundan da çox olacaq, Azərbaycan idmançıları üçrəngli bayrağımızı möhtəşəm idman arenalarında dalğalandıracaqlar”.

Açılış mərasimində Kikboksinq idman növunun inkişafinda göstərdiyi xidmətlərə görə bir qrup şəxsə fəxri fərman təqdim olunub.

Açıq şəhər birinciliyində Sumqayıt idmançıları ilə yanaşı, Bakı, Gəncə, Lənkəran, Masallı, Saatlı, Səlyan, Göyçay, Abşeron, Laçın, Zəngilan şəhər və rayon komandalarının heyətində 180 idmançı mübarizə aparıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər