Sumqayıtda kişi həyat yoldaşını 18 bıçaq zərbəsi vuraraq qətlə yetirib – TƏFƏRRÜAT

1990

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.


*** 15:28

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər