Sumqayıtda kitab yarmarkası keçirilib - FOTOLAR

2437

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş I kitab yarmarkası keçirilib.

“Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən yarmarkada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, tanınmış yazıçılar, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Sumqayıt şəhəri ilə yanaşı, Bakıda fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri, tanınmış yazıçılar yarmarkada ümumilikdə 30 mindən çox kitab təqdim edib.

Açıq səma altında keçirilən kitab yarmarkasında müəlliflər oxucuları ilə görüşlər keçirib və onlar öz imzalı əsərlərini təqdim ediblər.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib, ədəbi-bədii kompozisiya təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Əli Nəcəfxanlı
    Sentyabr 16, 2019 - 21:29

    Əla!!!

  • Xanəli Məmmədov
    Sentyabr 20, 2019 - 17:51

    Mənim fikrimə görə Kitab sərgisi adlandırmaq daha rasional, orada satılan kitablar isə simvolik qiymətə insanlara təklif olunsa və qazanılan vəsait şəhərin abdlıq fonduna köçürülsə,həm kitabsevərlər,həm də şəhər qazanar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər