Sumqayıtda körpə birinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

420

Sumqayıt şəhərində körpə birinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

“Report”un  məlumatına görə, hadisə “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü İsmin Elxan oğlu Əliyev birmərtəbəli yaşayış evinin pəncərəsindən yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər