Sumqayıtda külli miqdarda narkotik aşkarlanıb – FOTO/VİDEO

1675

Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən bir neçə gün əvvəl həyata keçirilən əməliyyat nəticəsində bir kiloqramdan artıq narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Məcid Şamilov və həmin vasitələri əldə etdiyi şəxs tutulub.

Həyata keçirilən əməliyyat zamanı ona narkotik vasitələri Abşeron rayon sakini Anar Bayramovun verdiyi məlum olub.

A.Bayramov saxlanılan zaman İranda yaşayan şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin pulunu müxtəlif yollarla Azərbaycandan İrana göndərən Astara rayon sakini Vahid Rəcəbov da saxlanılıb.

Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər