Sumqayıtda maarifləndirici reydlər hər gün davam etdirilir – FOTOLAR

1577

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Sumqayıt şəhərində Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.

Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Sumqayıt şəhərində mobil qruplar yaradılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin, Şəhər Polis İdarəsinin,  Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və şəhər bələdiyyəsinin əməkdaşlarından ibarət mobil qruplar vasitəsilə şəhər ərazisində maarifləndirmə işləri aparılır.

Mobil qruplar şəhər ərazisində fəaliyyət göstərən marketlərdə, apteklərdə, eləcə də parklarda və məhəllədaxili ərazilərdə müəyyən edilən tələb və qaydaların təmin olunmasına nəzarət həyata keçirməklə yanaşı, maarifləndirmə işləri də həyata keçirirlər.

Bu tədbirlər xüsusilə insanların daha çox istifadə etdikləri marketlərdə həyata keçirilir.

       

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər