Sumqayıtda məktəb direktorunu Misir Mərdanov işdən çıxardıb- AÇIQLAMA

921

“Sumqayıt şəhər 35 saylı məktəbin direktoru Nazim Yusifov işdə yol verdikləri nöqsanlara görə vəzifəsindən azad edilib”. Bu haqda Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib. O qeyd edib ki, hələ Sumqayıt şəhəri Təhsil Şöbəsinin sabiq müdiri Mahal Əliyevin vaxtında həmin məktəbdə araşdırma aparılıb və nəticələr Təhsil Nazirliyinə göndərilib.

“Nazirin müvafiq əmri ilə həmin məktəbin direktoru Yusifov Nazim işdən azad edilib. Ora kimin təyin olunacağı haqda hələlik məlumat yoxdur”.

B.Hüseynzadə eyni zamanda Sumqayıt şəhəri Təhsil Şöbəsinə də hələ yeni rəhbərin təyin olunmadığını vurğulayıb. Müdirin vəzifələrini isə Təhsil Şöbəsinin müdir müavini Vaqif Ələkbərov icra edir edir.

Aytən ƏLİYEVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər